Ermənistan parlamentinin deputatı, hakim partiyanın təmsilçisi, müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın sədri Andranik Koçaryan baş qərargahın Paşinyana istefa tələbi ilə yaydığı bəyanata münasibət bildirib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, deputat bəyanatı hərbi sahədə planlaşdırılan islahatlarla əlaqələndirib.

"Baş qərargahın bəyanatı orduda keçiriləcək islahatlarla bağlıdır", - deyə bəyan edən Koçaryan əlavə edib ki, islahatlarla bəzi qüvvələrin mövqeyi zəifləyə bilər və buna görə müqavimət göstərilir.