Əfsanəvi qolfçu Tayger Vuds əvvəlki formasını bir daha bərpa etməyə bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu qolfçunun həkimi Con Torres deyib

Con Torresin bildirdiyinə dünən keçirdiyi qəzadan sobra iki ayağı qırılan idmançı əməliyyat olunub.

Onun sözlərinə görə, əməliyyat nəticəsində ayaqlarında qırılan sümüklər yerinə oturdulan Vuds əvvəlki kimi çevik hərəkət edə bilməyəcək: “Çox böyük qəza keçirib, həyatda qalması möcüzədir. Sınıqların sağalması üçün 6 həftədən çox vaxt lazımdır. Vurd əvvəlki hərəkət qabiliyyəti zəifləyəcək, idmançı kimi formasını bərpa etməyə bilər. Bu zədə onun oyun tərzinə təsir edəcək”.

Qeyd edək ki, dünən Tayger Vudsun idarə etdiyi avtomobil Kaliforniya əyalətindəki Los Anceles şəhərində aşıb. İdmançı yaralı vəziyyətdə kəsici alətlərin köməyi ilə maşından çıxarılaraq xəstəxanaya aparılıb.