Bu gün Ermənistanın paytaxtında başlayan etirazlar artıq bölgələrə də yayılıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki,  Paşinyanın istefası tələbi ilə təşkil edilən mitinq hazırda Sünik bölgəsinin mərkəzi sayılan Qafanda davam etdirilir.

Mitinqdə çıxış edən Qeqam Manukyan "Siz tək deyilsiniz, bütün ermənilər sizinlədir", - deyərək yerli sakinlərə müraciət edib.

Qeyd ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş nazir dərhal Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərərək ölkədə hərbi çevrilişə cəhdin olduğunu bəyan edib. Bundan sonra Paşinyan tərəfdarları qarşısına çıxıb. Məlumat hadisə ilə əlaqədar İrəvanda müxalifət də mitinqlərə başlayıb. Narazı sakinlər Baş Qərargaha dəstək olaraq Paşinyanın istefasını tələb edirlər.