Fransada istehsal olunan  "Peugeot" avtomobil şirkəti  yeni loqosunu təqdim etməyə hazırlaşır. 

Unikal.org xəbər verir ki, ikonik aslan loqosu 1850-ci ildən bəri 11-ci dəfə yenilənsə də, yeni dizayn daha güclü şəkildə vurğulanır.

Bildirək ki, "Peugeot" tarixində yeni bir səhifə açan dünyanın ən köhnə avtomobil markasıdır. Bu gün "Peugeot" markasının qlobal dizayn studiyası "Peugeot Design Lab" tərəfindən hazırlanmış 11-ci versiya təqdim edilir.