Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “Twitter” hesabından paylaşım edib.

Unikal.org-un məlumatına görə, M. Çavuşoğlu “29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarınızı rəhmətlə yad edirik. Bu bəşəri cinayəti unutmadıq, unutmayacağıq”, - deyə qeyd edib.