Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində bomba yüklü avtomobillə hərbi bazaya hücum edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd təhlükəsizlik əməkdaşı həlak olub.

Əfqanıstan rəsmiləri bildiriblər ki, Ərqəndab rayonunda baş vermiş partlayış zamanı daha altı nəfər yaralanıb. Hələlik hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.