Türkiyədən qaçaq yolla Yunanıstana keçmək istəyən PKK üzvləri saxlanılıb.

Unikal.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Ölkəmizdən qanunsuz yolla Yunanıstana keçməyə çalışan 3 nəfər sərhəd bölmələrimiz tərəfindən tutuldu. Meriç rayon Jandarm İdarəsinə təhvil verilənlərin terrorçu PKK təşkilatının üzvləri olduqları müəyyən edildi", - deyə nazirlikdə bildirilib.