Rusiyada son sutka ərzində koronavirusa 11 359 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 246 079 nəfərə çatıb.

Rusiyada son bir gündə 379 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 86 122 nəfərdir. İndiyədək 3 811 797 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.