Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb.

Unikal.org xəbər verir ki, Azərbaycan vətəndaşları martın 1-dən etibarən neqativ PCR testi ilə Gürcüstana hava yolu ilə səyahət edə biləcəklər.

Gürcüstan, eyni zamanda Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşlarının da ölkəyə səyahət qadağasını ləğv edib.

Qeyd edək ki, quru sərhəd-keçid məntəqələrində məhdudiyyətlər qüvvədə qalacaq.