Qarabağda sülhməramlılar üçün daha 4 blok-modul tipli şəhərcik tikilib.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayılıb.

Bildirilib ki, Xankəndi və Xocavənd ərazilərində Rusiya sülhməramlı hərbi kontingentinin hərbi qulluqçuları üçün daha 4 blok-modul tipli şəhərcik tikilib. Bu tipli şəhərciklərdən artıq 8 ədədi istifadəyə verilib.

Qarabağdakı sülhməramlı kontingent üçün nəzərdə tutulan blok-modul tipli şəhərciklər bütün zəruri infrastrukturla təmin olunub. Məişət, sosial və idman təyinatlı obyektlər təchiz olunub və bütün lazımi şərait yaradılıb.