Yəməndə 16 milyon insan bu il aclıqdan əziyyət çəkəcək.

Unikal.org  xəbər verir ki, bu məlumatı BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsi yayıb.

İdarə ölkədə aclıq səviyyəsinin heç vaxt bu qədər sərt olmadığını bildirib.

Humanitar fəlakətə çoxillik konflikt, iqtisadi tənəzzül və institusional çöküşün səbəb olduğu vurğulanıb.