Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının toplantısını çağırıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan quruma üzv olan məmurları toplayıb.

Bildirilir ki, iclasda ölkədə yaranmış ağır və böhranlı vəziyyət müzakirə olunub. Daxili siyasi amillərin yaratdığı siyasi gərginlik müzakirə mövzusu olub.

Toplantıda Ermənistan prezidenti Armen Sarkisyanın və baş qərargah rəisi Onik Qasparyanın iştirak etməməsi diqqət çəkib.