Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən fevralın 26-da Yenikənd kəndi ərazisində qanunsuz ov edən Qarabağlı kənd sakinləri N.Rüstəmov, M.Əkbərov və R.Əmralıyev tutulub. Onlardan 2 ədəd “Huğlu” və 1 ədəd “Cıfsan” markalı ov tüfəngləri götürülüb.