Ermənistan Təhlükəsizlik Şurası prezident Armen Sarkisyanı baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamağa çağırıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, çağırış Təhlükəsizlik Şurasının bu gün keçirilən toplantısında qəbul edilib.