Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telekonfransın təşkilinə hazırlıq işlərinin aparıldığını təsdiqləyib.

Unikal.org xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Qeyd olunur ki, iki ölkə lideri üçüncü “Akkuyu” Atom Elektrik Stansiyası blokunun təməlqoyma mərasimində onlayn iştirak edəcəklər.

D. Peskov həmçinin əlavə edib ki, telekonfransda prezidentlər arasında substantiv danışıqlar planlaşdırılmır.