Ermənistanda etirazçılar İrəvanın Kentron rayonunda yerli administrasiyanın inzibati binasına basqın edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan əleyhdarları binanı ələ keçiriblər.

Etirazçılar binada çalışan dövlət işçilərindən müxalifətin keçirdiyi aksiyalara qatılmağı tələb ediblər. İşçilərin təhdid olunduğu deyilir.