Türkiyənin Diyarbəkir ərazisində bədbəxt hadisə yaşanıb.  

Unikal.org xəbər verir ki, 11 yaşlı qızın cansız bədəni qarderobdan asılmış vəziyyətdə tapılıb. Belə ki, hadisəni görən ana qısa zamanda təcili yardıma müraciət edib. Həkimlər, azyaşlını xilas edə bilməyiblər. 

Anasının sözlərinə görə, qızı son dəfə komputer oyunu oynayıb. Daha sonra paltar asmaq üçün eyvana çıxan ana bir müddət sonra yenidən qızına baxmaq üçün otağına gedib. Bu zaman o, qızını otağında görməyib. Evdə qızını axtaran ana sonda qarderobda onun cansız bədənini aşkar edib. 

Qızın nə səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.