Şri-Lankada azyaşlı qız bədbəxt hadisənin qurbanı olub. 

Unikal.org xəbər verir ki, şeytani ruhları qovmaqla yaşadığı əyalətdə məşhurlaşan qadın 9 yaşlı qızda cin olduğunu bildirib.  Bundan sonra azyaşlının anası qızını cadugərin yanına aparıb. Cadugər qadın azyaşlıdan cini qovmaq üçün onu dəfələrlə döyüb. Bundan sonra qızının nəfəs almadığını görən ana cadugər qadınamane olub. Qızını halsız vəziyyətdə xəstəxanaya aparsa da,  övladı yolda dünyasını dəyişib. 

Hadisəyə polis cəlb edilib. Azyaşlının ölümünə səbəb olan cadugər saxlanılıb.  O, ayinin şərtlərinə görə qıza yağ sürtdüyünü, daha sonra çubuqla dəfələrlə vurduğunu söyləyib.