Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva hakim Yeni Azərbaycan Partiyasının (YAP)  İdarə Heyətindən uzaqlaşdırılacağı ilə bağlı xəbərə münasibət bildirib.

Unikal.org-a açıqlamasında N.Əliyeva bildirib ki, mart ayının 5-də keçiriləcəyi gözıənilən Yeni Azərbaycan Partiyasının qurultayında hansı qərarların qəbul olunacağı hələ ki,  bəlli deyil:

"Növbəti qurultayda hansı qərarların qəbul olunacağını heç kəs bilmir. Partiyanın tədbirlər planı var. Partiyada tutduğum vəzifədən kənarlaşdırılmaqla bağlı qərar verilsə, uzaqlaşacağam. Rəhbərlik nə məsləhət görərsə, o da olacaq. Partiyanın rəhbərliyi hər kəsin fəaliyyətindən xəbərdardır. Qəbul olunacaq qərara hörmətlə yanaşacam".

Famil Fərhadoğlu