Xaçmaz rayonunda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən qızıl-zinət əşyaları və 2 500 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Sultanov saxlanılıb.