Ötən ilin Dövlət Gömrük Komitəsinin xarici ticarət dövriyyəsi 24 milyard 471 milyon 29 min manat təşkil edib.

Unikal.org xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirdiyi 2020-ci ilin yekunlarıyla bağlı mətbuat konfransında deyib. O bildirib ki, buna kölgə iqtisadiyyatıyla mübarizə, mənşə ölkəsinin müəyyənləşdirilməsi, risk idarəetmə mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi nəticəsində mümkün olub.

DGK sədri son günlər komitəyə qarşı səsləndirilən ittihamlara da münasibət bildirib. Onun sözlərinə görə, 2020-ci ildə idxalın həcmi 10 730,72 olub: "Bunun da 59 faizini idxal rüsumlarından azadolma  təşkil edir. Hər kəs indi ekspert qismində çıxış edir. Onlar deyir ki, cəlb edilmiş rüsum 36 faizdir. Ancaq ölkəyə idxal olunan malların 26,5 faizinin 15 faiz rüsumu cəlb olunub. 5 faizə cəlb olunan idxalın həcmi 8,2 faiz təşkil edir".