"Hakimiyyətdəkilər ölkəni düşünsəydi, başqalarına yol açıb gedərdilər".

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu sabiq Ermənistan prezidenti Robert Koçaryan keçirdiyi mətbuat konfransında deyib.

"Hazırki hakimiyyət ləyaqətlə danışıqlar apara bilməz. Əgər ölkəni düşünsəydilər, bunu edə bilən başqa adamlara yol açıb gedərdilər. Hazırda Paşinyan ən yüksək antireytinqə malikdir. Bütün inzibati resurslardan istifadə edərək cəmi 20 min insan toplaması bunun sübutudur", - deyə Koçaryan bildirib.

O həmçinin 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın Ermənistanın maraqlarına uyğun olmadığını düşündüyünü əlavə edib.