İfaçı Şəbnəm Tovuzlu yol hərəkət qaydalarını tez-tez pozması barəsində bir sıra açıqlamalar verib.  

Unikal.org xəbər verir ki,  müğənni bu haqda  "Həmin Zaur" proqramında qonaq olarkən danışıb. 

Aparıcı Zaur Kamal "Sonuncu dəfə 3 bal yazılıb və 60 manat cərimə" sözlərinə Şəbnəm belə cavab verib:

"Bir neçə gün əvvəl efirə tələsirdim, tıxac idi. Bilmədən polisin önündən dönməyə çalışdım. Saxladılar, cərimə yazdılar. Heç vaxt tanınmağımdan istifadə etmirəm. Nə vaxt yol polisi saxlayır, qayda pozuramsa, deyirəm yazın. Məndən çox radarlara pul ödəyən yoxdur".