Əfqanıstanda gips zavoduna hücum edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əfqanıstanın Nənqəhar əyalətində baş verib.

Belə ki, Nənqəhar əyalətinin Surhud bölgəsində naməlum şəxslər gips zavoduna silahlı hücum edib. Hadisə nəticəsində zavodun 7 işçisi həyatını itirib. Hazırda hadisənin detalları araşdırılır.