Türkiyədə son sutka ərzində 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son bir gündə 11 322 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 839, virusa yoluxanlar isə 2 746 158 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 601 137 pasiyent (son sutkada 7873 nəfər) sağalaraq evə buraxılıb.