Yeni Azərbaycan Partiyasının (YAP) bu gün VII qurultayı keçirilib.

Unikal.org xəbər verir ki, qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edilib.

*** 12:14

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir.

Unikal.org xəbər verir ki, iclasda partiya sədrinin müavini Əli Əhmədov çıxış edib.

Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış edib.

Hazırda çıxışlar davam edir.

***

10:02

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.

Unikal.org-un xəbərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

***

09:10

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.

Unikal.org xəbər verir ki, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.

***

09:35

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirilir.

Unikal.org xəbər verir ki, qurultayda partiya rəhbərliyində təmsil olunan şəxslər, rayon və şəhər təşkilatlarının sədrləri iştirak edir.

Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.

Müxbir: Famil Fərhadoğlu

Fotolar: Müzəffər İsmayılov