Yeni Azərbaycan Partiyasının bu gün keçirilən VII qurultayında partiyanın Nəzarət təftiş komissiyası formalaşıb.

Unikal.org xəbər verir ki, qurultay hazırda davam edir.

*** 11:06

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.

Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.