Azərbaycanda 6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub.

Unikal.org xəbər verir ki, bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.

*** 12:06

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı keçirilir.

Unikal.org xəbər verir ki, qurultayda Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sədrləri iştirak edir.

Belə ki, qurultayda onların YAP-a qoşulmaq üçün müraciətlərinə də baxılacaq.