Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən martın 4-də Minbaşı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə Şirvan şəhər sakinləri A.Bədirov və R.Şirəliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, onlardan müvafiq sənədləri olmayan “Tula” və “İJ-58” markalı ov tüfəngləri götürülüb.