"Rusiya tezliklə ABŞ vətəndaşlarının stop-listini açıqlayacaq".

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Rusiya tezliklə cavab olaraq Rusiyaya girişi yasaqlanan ABŞ vətəndaşlarının stop-listini açıqlayacaq", - deyə Zaxarova bəyan edib.

Qeyd edək ki, ABŞ bir neçə Rusiya vətəndaşının siyahısını yayaraq onların ölkəyə girişinə qadağa qoyulduğunu elan edib.