Roma Papası Fransisk İraqa səfərə gedib.

Unikal.org xəbər verir ki, hava limanında Roma Papasının qarşılanma mərasimi olub.

Qeyd edək ki, Fransisk İraqa səfər edən ilk Roma Papasıdır. 84 yaşlı Papanın Mosul, İbrahim peyğəmbərin doğulduğu Ur şəhərində olacağı gözlənilir. Eyni zamanda onun İraqın şiə lideri Ayətullah Əli əl-Sistani ilə görüşəcəyi planlaşdırılır.