Bütün dünya ölkələrində ölümün əsas səbəbi ürək-damar sistemi xəstəlikləridir. Ürək xəstəlikləri anidən inkişaf etmir. Onlar uzun müddət ərzində asta-asta, bir çox hallarda gizli şəkildə inkişaf edir və çox ağır nəticələrə səbəb olur.

Unikal.org saglamolun.com-a istinadən bildirir ki, ürək xəstəliklərinin müəyyən simptomları var ki, onları bilmək çox vacibdir:

1. Sol qolda və ya hər iki qolda və dirsəkdə "səbəbsiz" ağrılar

2. Öskürək

Öskürəyin səbəbi tək tənəffüs sistemi xəstəlikləri deyil, ürək xəstəlikləri də ola bilər. Müalicəyə baxmayaraq öskürək keçmir, təngənəfəsliklə müşayiət olunursa, mütləq kardioloqa müraciət edin.

3. Ayaq və pəncələrin şişməsi

Ürəyin fəaliyyəti zəifləyəndə qan dövranı, xüsusilə aşağı ətraflarda pozulur, durğunluq yaranır, qan damarlardan ətarfda olan toxumalara "sızır". Bu səbəbdən ayaqlar şişməyə başlayır.

4. İşatahanın pozulması, ürəkbulanması, qarın ağrıları

Bu simptomlar həzm sistemi xəstəliklərinə xas olsa da, ürək xəstəlikləri zamanı da meydana çıxa bilər.

5. Narahatçılıq, səbəbsiz ölüm qorxusu

6. Başgicələnməsi və bayılma

Bu simptomlar digər pozulmalarla da bağlı ola bilər. Lakin ilk növbədə ürək-damar sistemi yoxlanılmalıdır.

7. Dərinin ağarması, göyümtül olması

Bu ürəyin pis işləməsinə işarə edə bilər.

8. Yuxunun pis olması, yuxusuzluq, gecə tez-tez oyanmaq

Ürək xəstəlikləri olan insanların əksəriyyətində gecə pis yatır və səbəbsiz olaraq tez-tez oyanır.