Salyan Rayon Polis Şöbəsinə (RPŞ) martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S.Nəcəfova məxsus “Opel” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam edir.