Hindistanın Kəlküttə şəhərində ofislərin yerləşdiyi binanın 13-cü mərtəbəsində yanğından sonra baş verən güclü partlayış nəticəsində azı yeddi nəfər ölüb.

Unikal.org xəbər verir ki, ölənlər arasında dörd yanğınsöndürən, bir polis, habelə binada yerləşən dəmir yolu təşkilatının əməkdaşı da var. Beş nəfərin meyiti liftdə tapılıb.

Hadisə yerinə gələn Qərbi Bengal əyalətinin baş naziri Mamata Banerji bildirib ki, faciə yanğın zamanı liftdən istifadə olunması səbəbindən baş verib. Onun sözlərinə görə, hazırda iki nəfər itkin düşmüş hesab olunur.