Tovuz rayonunda 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Tovuz çay üzərindəki körpüdə baş verib. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər yaralanıb.

Yaralıların bir hissəsi Tovuz rayon Mərkəzi Xəstəxanasına, bəziləri isə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilib. Qəzada xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.  

Qəzanın qarlı havada avtomobillərin sürüşməsi nəticəsində baş verdiyi bildirilir.

Seymur Əli