"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Sauthempton"la oyun öncəsi jurnalistin sualına əsəbləşib.

Unikal.org xəbər verir ki, oyun qabağı mətbuat konfransı keçirən Qvardiolaya jurnalist "Mançester Yunayted" və "Lester"in "müqəddəslər" üzərində böyükhesablı qələbələrini xatırladıb. "Siz də 9 qol vuracaqsız?" sualını eşidincə, 50 yaşlı mütəxəssis özündən çıxıb:

"Yox, biz 18 qol vuracağıq. 18:0 bitəcək oyun. Bu nə sualdır? Onlar 9 qol vurdular, çünki 89 dəqiqə 10-a qarşı 11 oynadılar. Sizcə, zarafatdır bu? Biz sadəcə 3 xalı qazanmağa çalışacağıq".