İngiltərə Premyer Liqasında XXXIII turun bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, lider "Mançester Siti" evdə "Sautgempton" klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

"Şəhərlilər"in heyətində Kevin De Bröyne və Riyad Mahrez dubl edib, digər qolu isə İlkay Gündoğan vurub. Qonaqlardan isə Ceyms Uord Prouz və Çe Adams fərqləniblər.