Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası ləğv olunub.

Unikal.org-un məlumatına görə, bu, Nizamnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, YAP-ın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.

Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.