Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı  qanunsuz ov evən şəxslər saxlanılıb. 

Unikal.org xəbər verir ki, onlar Bakı şəhər sakinləri Mirsəməd Abbasov, Elxan Qubadov, Xaçmaz rayon sakini Elçin Haqverdiyev, Ruslan Qəhrəmanov, Muxtar Şirinov, Asif Mürsəliyev, Şabran rayon sakini Rəvan Məlikov, Qubadlı rayon sakini Ömər Mehralıyev, Sabirabad rayon sakinləri Mircəfər Ağayev, Pərviz Sadıqov, Elman Soltanov, Sərxoş Zeynalov, Yevlax rayon sakini Ruslan Cəfərov və Elşad Mehdiyevdir.  

Faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb. 

Bunu Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib. 

O qeyd edib ki, Sumqayıt şəhərinin Xəzər dənizi sahillərində, Mingəçevir  su anbarında və Baş Mil-Muğan Kollektorunun Neftçala rayonu Yeniqışlaq kəndi ərazisindən keçən hissəsində isə qanunsuz balıq ovlayan Bakı şəhər sakini Əmiraslan Hüseynov, Yevlax rayon sakinləri Xaləddin Əliyev, Mənsur Məmmədov və Neftçala rayon sakini Fuad Həziyev saxlanılıb və barələrində protokol tərtib edilib.