Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov 16 fevral 2021-ci il tarixdə ilkin, 16 mart 2021-ci il tarixdə isə 2-ci doza vaksinasiyadan keçib.

Unikal.org xəbər verir ki, mart ayının 10-dan etibarən sakinlərin 2-ci doza vaksinasiyasına başlanılıb. Mart ayının 16-a qədər 65 yaşdan yuxarı olan rayon əhalisindən 103 nəfər 2-ci doza vaksin olunub.

Qeyd olunmalıdır ki, 16yanvar  2021-ci il tarixində“Azərbaycan Respublikasında COVİD-19   xəstəliyi  əleyhinə   2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın təsdiq edilməsi  haqqında  Nazirlər Kabinetinin müvafiq  sərəncamına əsasən ölkəmizdə vaksinasiya prosesinə  start verilmişdir. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilən heyət peyvəndlənir. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağısalınmasına nail olmaqdır.

Rayonumuzda vaksinasiyaya cəlb olunmuş  50 yaşdan yuxarı vətəndaşların ümumi sayı 9464 nəfərdir ki, onlardan 2469 nəfəri 65 yaşdan yuxarı, 6995 nəfəri isə 50-65 yaş arasıdır. Bunlardan 2585 nəfəri o cümlədən, 650 nəfəri 65 yaşdan yuxarı, 1935 nəfəri isə 50-65 yaş arasında olan sakinlərimiz Bakı şəhərində məskunlaşmışlar ki, həmin sakinlərin vaksinasiyası Bakı şəhərinın tibb müəssisələrində aparılır. 

Vaksinasiyaya cəlb olunan 985 nəfər sakin Respublikanın müxtəlif rayonlarında məskunlaşmışlar ki, onlarda məskunlaşdıqları ərazilərin tibb müəssisələrində vaksinasiya olunacaqlar.

Sumqayıt şəhərində məskunlaşmış və vaksinasiyaya cəlb olunmuş sakinlərimizin  sayı 5894 nəfərdir. Onlardan 1555 nəfəri 65 yaşdan yuxarı, 4339 nəfəri isə 50-65 arası yaşda olan sakinlərdir. Həmin sakinlərin vaksinləşməsi Qubadlı rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən həyata keçirilir. Bununla bağlı  Sumqayıt şəhər Modul tipli Xəstəxananın 3-cü korpusunda vaksinasiya məntəqəsi yaradılıb. Vaksinasiya  məntəqəsinin  infrastrukturu göstərilən təlimat və verilən tapşırığa əsasən  qurulub.