Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili seçicilərlə görüşüb.
Unikal.org
xəbər verir ki, Sumqayıt şəhəri 42 saylı  ikinci seçki dairəsinin bir qrup seçicisi ilə görüş  YAP Sumqayıt şəhər təşkilatında keçirilib.  
Qəbula gələn seçicilərin problemləri dinlənilib və onları maraqlandıran müxtəlif sosial məsələlərin həlli üçün müvafiq işlərin görüləcəyi barədə məlumat verilib.
Qəbul zamanı bir neçə məsələ yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülüb.