İtaliyanın "İnter" klubunun oyunçusu Samir Handanoviçdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki. bu barədə italiyalı jurnalist Canluici Lonqari tvitter səhifəsində paylaşım edib.

Sloveniyalı qapıçının bu gün səhər verdiyi testin nəticəsi müsbət çıxıb. Karantinə göndərilən 37 yaşlı qolkiper martın 20-də "Sassuolo" ilə A Seriyasının XXVIII turunun oyununu buraxacaq.

Qeyd edək ki, Samir Handanoviç bu mövsüm "İnter"in heyətində ölkə çempionatında 27 oyun keçirib və 26 qol buraxıb.