Martın 18-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları Eldar İbrahimov və Novruz Aslanov da iştirak edib.

Unikal.org xəbər veirr ki, tədbir iştirakçıları əvvəlcə ümummillilider Heydər Əliyevin abidəsi önünə güldəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra təşkilati məsələlər müzakirə olunub. İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Valeh Salehov İsmayıllı  Rayon Ağsaqqallar Şurasının sədriseçilib.

Yığıncaqda millət vəkili Novruz Aslanov çıxış edərək ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından, milli-mənəvi dəyərlərimizin gənclərə aşılanması sahəsində onların rolundan, gənclərin milli ruhda tərbiyəsinə verdikləri töhfələrdən, respublikanın ictimaihəyatındakı rolundan söhbət açıb. Rayon ağsaqqallarının yerli səviyyədə keçirilən tədbirlərdə yaxından iştirakını, gənclərin zərərli vərdişlərdən uzaq olmaları üçün verdikləri dəyərli məsləhətlərinə daim ehtiyac olduğunu bildirib.

Çıxışının sonunda Novruz Aslanov rayonun mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür arzulayıb.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.