Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşavir təyinatı olub.

Unikal.org xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Bayramov Rəşad Bayram oğlu təyin olunub. 

O, KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək.