Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.

Unikal.org-un məlumatına görə, yarışın ilk günündə 5 çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər xalça üzərinə çıxacaq.

Azərbaycan millisinin 5 üzvü də mübarizəyə qoşulacaq. Onlar Tokioya vəsiqəni rəsmiləşdirmək üçün finala yüksəlməlidir.

Hər çəkidə finala vəsiqə qazananlar Olimpiadaya lisenziya əldə edəcəklər. Finalçılar bu gün müəyyənləşəcəyindən sabahkı həlledici görüşlər formal xarakter daşıyacaq.

Sərbəst güləş
57 kq

1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya)

65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya)

74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa)

86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan)

125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya)

Qeyd edək ki, bugünkü yarışa qədər ölkəmizin 15 idmançısı Olimpiya Oyunlarına vəsiqə qazanıb. Onlardan ikisi güləşçidir. Bunlar qadın güləşində Mariya Stadnik (50 kq), sərbəst güləşdə Şərif Şərifovdur (97 kq).