Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında "Bavariya" "Latsio"nu qəbul edib.

Unikal.org xəbər verir ki, ilk oyuna 4:1, cavab qarşılaşmasında isə 2:1 hesabıyla qalib gələn "Bavariya" adını 1/4 finala yazdırıb.

Münhen təmsilçisi 19-cu dəfə 1/4 finala yüksələrək Çempionlar Liqasında rekorda imza atıb. Daha öncə heç bir komanda bu göstəriciyə nail ola bilməyib.