Vergilər də daxil olamaqla aya 10.5 milyon avro qazanan “Barselona”lı Lionel Messi futbolçular arasında, 3.6 milyon avro gəlirlə “Atletiko”nun baş məşqçisi Dieqo Simeoni isə məşqçilər arasında İspaniya La Liqasının ən çox qazanan simalarıdır.

Unikal.org xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb. Nəşrin əməkdaşları İtaliya A Seriyasının da ən çox qazananlarını müəyyən ediblər.

Belə ki, Priney yarımadasında top qovanlar arasında birincilik ayda 4.5 milyon avro ilə “Qoca sinyora”nın ulduzu Kriştiano Ronaldoya məxsusdur.

Ən çox gəlir əldə edən çalışdırıcı isə “İnter”in baş məşqçisi Antonio Kontedir. Onun aylıq qazancı 1.4 milyon avrodur.