İspaniya La Liqasının 28-ci turunda baş tutacaq "Selta" - "Real" matçında Serxio Ramos olmayacaq.

Unikal.org xəbər verir ki, "Kral klubu" kapitanına istirahət verib. Belə ki, "Real" Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la görüşdən əvvəl 34 yaşlı müdafiəçini riskə atmaq istəmir.

Qeyd edək ki,  "Selta" - "Real" qarşılaşması Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.