PSJ ulduz hücumçusu Kilian Mbappeyə yeni anlaşma təklif etmək istəyir.

Unikal.org "L'Equipe"yə istinadən xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı oyunçusuna ildə 30 milyon avro maaş verməyə hazırdır. PSJ bu təkliflə Mbappenin "Real" və "Liverpul"a mümkün transferinin qarşısını almağı planlaşdırır.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm 24 oyunda 18 qol vurub, 6 məhsuldar ötürmə edib.