Futbol üzrə İtaliya A Seriyasında 28-ci turun növbəti oyunu keçirilib.

Unikal.org xəbər verir ki, son çempion “Yuventus” öz meydanında autsayder “Benevento” komandasını qəbul edib.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 69-cu dəqiqədə Adolfo Qaiçi vurub.

Bu qələbə sayəsində xal ehtiyatını 29-a çatdıran “Benevento” turnir cədvəlində 16-cı yerə yüksəlib. “Yuventus” isə 55 xalla üçüncü sırada qərarlaşıb.